Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.12.2017 23:19
Ağstafada yolu keçmək istəyən 6 yaşlı uşağı maşın vurub
Ağstafa rayonunda piyadanın vurulması faktı qeydə alınıb. Hadisə rayonun Heydər Əliyev küçəsində baş verib. Hərəkətdə olan avtomobil Poylu kənd sakini 6 yaşlı Turan Muğalovu yolu keçmək istəyərkən vurub. Yaralı dərhal Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 811
