Bu günə xəbərlərin oxunma sayı: 666
—
01.12.2017 14:43
Gəncəli gənclər QİÇS-dən qorunmanın yolları barədə məlumatlandırılıblar
KepezTV Player
Azərbaycanda 5510 nəfər qeydiyyatda olan QİCS xəstəsi var, lakin bu respublikada olan ümumi xəstələrin sayı demək deyil. Gəncədə 1 dekabr – Ümumdünya QİCS-lə mübarizə gününə həsr olunan tədbirdə gənclər “Sağlam ol, gələcəyini düşün” devizi altında bir araya gələrək xəstəlik, onun fəsadları və QİCS-dən qorunmanın yolları haqqında məlumatlandırılıb. Respublika QİCS-lə Mübarizə Mərkəzinin həkimi Səyarə Nadirova, son illərdə ölkədə QİCS xəstələrinin sayının artmasını kütləvi hal alan tibbi müayinələrin nəticəsi kimi qiymətləndirir.
Gülnar Fazilqızı
- Baxış: 520