“Turstat” agentliyinin rəsmi səhifəsində yer alan reyting siyahısındakı 10-luğa Minsk, Almatı, Bakı, Astana, İrəvan, Daşkənd, Brest, Bişkek, Kisinyov və Gəncə şəhərləri daxildir. Burada göstərilir ki, turistlər MDB ölkələrinə qış aylarında əsasən həftə sonları 3-4 günlük səfər edirlər.
Akif Əlizadə - Gəncə Turizm İnformasiya Mərkəzinin əməkdaşı: “2017-ci ildə ümumilikdə Azərbaycana turist çox gəldi. Başqa ölkələrdən gələn turistlər də çox idi, amma MDB-dən gələn, xüsusi ilə Gəncəyə gələn turistlərin sayında artım var idi. Əsasən Rusiyadan, Qazaxstandan, Ukraynadan gəlirlər Gəncəyə gələn turistlər”.
Ötən illərlə müqaisədə Gəncəyə gələn turist sayının artmasına bir sıra amillər təsir edib. Bunlardan biri bu bölgədə qışın çox sərt keçməməsidir. Soyuq aylarda xüsusi ilə Hacıkənd və Göygöl zonası öz gözəlliyi ilə seçilir. Burada digər, bəlkə də həlledici məqam Gəncədə beynəlxalq aeroportun olmasıdır. Çünki...
Akif Əlizadə - Gəncə Turizm İnformasiya Mərkəzinin əməkdaşı: “2017-ci ildə ümumilikdə Azərbaycana turist çox gəldi. Başqa ölkələrdən gələn turistlər də çox idi, amma MDB-dən gələn, xüsusi ilə Gəncəyə gələn turistlərin sayında artım var idi. Əsasən Rusiyadan, Qazaxstandan, Ukraynadan gəlirlər Gəncəyə gələn turistlər”.
Ekspertlərə görə, Naftalana üz tutan əcnəbilər məzh Gəncə üzərindən hərəkət edirlər ki, bu zaman 2017-ci il üçün MDB-nin Mədəniyyət Paytaxtı statusunu daşıyan şəhər qədim tarixi və zəngin mədəniyyəti ilə maraq doğurur.
Fəqan Məmmədov - Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru: “Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun ərazisində yerləşən tarixi abidələrə təşkil olunan ekskursiyaların sayında artım müşahidə olunur. Qoruğun ərazisində yerləşən İmamzadə Dini Memarlıq Kompleksinə, bununla yanaşı şəhərin girişində olan Qala Qapıları Tarix_etnoqfariya müzayinə gələn qonaqların sayında ötən illərlə müqaisədə artım müşahidə olunur. Qazaxstandan, Özbəkistandan, eyni zamanda Moskvadan gələn qonaqların sayı artıb”.
Şəhərə gələn qonaqların əsas dayanacağı olan Nizami Gəncəvi Məqbərə Kompleksini bu il ziyarət edən 6 minə yaxın turistdən məhz 500-dən çoxu MDB ölkələrindən gələnlərdi. Qonaqların şəhərlə tanışlığını asanlaşdırmaq üçün addım da atılıb.
Mədəniyyət və Turuzm Nazirliyi tərəfindən Gəncənin turist xəritəsi də hazırlanıb. Xəritədə Gəncədə olan tarixi abidələr, park və xiyabanlar, həmçinin otellər əks olunub. Burada eyni zamanda şəhərin gəzməli-görməli yerləri haqqında da ətraflı məlumat yer alır.
Gülnar Fazilqızı
- Baxış: 922