Bakı-Qazax magistralının Şəmkirin Əliyaqublu kəndi ərazisindən keçən hissəsində yolu keçmək istəyən Göygöl rayon sakinləri - 41 yaşlı Təranə Haqverdiyeva və 36 yaşlı Sevinc Alıyevanı avtomobil vurub. Hər iki qadın hadisə yerində dünyasını dəyişib. Meyitlər müayinə üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir Rayon Şöbəsinə təhvil veriliblər. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Gəncənin Nizami Gəncəvi prospektində “Mercedes” markalı avtomobil yolu keçmək istəyən iki piyadanı vurub. Onlardan biri dünyasını dəyişib. 24 yaşlı Rüstəm Bağırov isə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Mehman Hüseynov - həkim: “Növbəm zamanı piyadavurma ilə bağlı şöbəmizə 1 nəfər xəstə daxil olub. Xəstənini ümumu vəziyyəti orta-ağırdır. Hazırda müalicəsi davam etdirilir.
Məlumata görə, piyadavurma zamanı digər zərəçəkmiş özəl xəstəxanalardan birinə aparılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən sürücü saxlanılıb, avtomobili isə Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin duracağına yerləşdirilib.
Goranboy rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Nadirkənd kəndinə gedən yolda qeydə alınıb. “KamAZ” və “QAZ 24” markalı avtomobillərin toqquşması nəticəsində minik avtomobilinin sürücüsü Daşkəsən rayon sakini Saleh Musayev xəsarətlər alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona sağ bazu sümüyünün sınığı və sifətin sıyrılmış yarası daqnozu qoyulub və tibbi yardım göstərilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir. Paytaxtda yüksək sürət yol qəzasına səbəb olub.
Yasamal rayonunda "KİA" markalı avtomobilin sürücüsü dönmə əməliyyatı zaman idarəetməni itirib. Nəticədə avtomoil yol kənarında olan işıq diyərinə çırpılıb. İşıq dirəyini aşıran nəqliyyat vasitəsi daha sonra yoldan çıxaraq dayanıb. Qəzadan sonra sürücü avtomobilin dövlət nömrə nişanını sökərək hadisə yerindən qaçıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya yüksək sürət və yolun sürüşkənliyi səbəb olub. Polis əməkdaşları əraziyə baxış keçiriblər və müvafiq araşdırmalara başlayıblar.
Zülfiyyə Telmanqızı
- Baxış: 1192