KepezTV Player
Tovuz rayonunda döyülmə faktı qeydə alınıb. Alakol kəndində kənd sakini 49 yaşlı Rizvan Əliyev bayılma diaqnozu ilə təcili tibbi yardım avtomobili ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sərxoş kişiyə tibbi yardım göstərilib, vəziyyəti normal olduğundan ambulator müalicəyə buraxılıb. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 531