• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1450
— 29.11.2017 10:02

Rolls-Royce Dawn yeni formada peyda oldu

Novitec Group tüninqinin məşhur Spofec atelyesi Britaniyanın möhtəşəm kabrioleti Rolls-Royce Dawn üçün yeni təkmilləşdirmə proqramı təqdim edib. Overdose adlı avtomobil bir qədər dəyişilmiş aerodinamik asılqan və 686 at güclü mühərrik əldə edib. Spofec atelyesinin mütəxəssisləri bir qədər əvvəl təkmilləşdirilmiş kabriolet Dawn-u təqdim etmişdilər, lakin yeni orijinal proqram üstü açılan modelə daha gözəl xarici görünüş bəxş edib. Rolls-Royce Dawn Overdose by Spofec karbon lif materialından enli aerodinamik asılqan və məxsusi olaraq Overdose paketi üçün hazırlanmış 22 düymlük təkər diskləri alıb. Rolls-Royce Dawn Overdose by Spofec-in təchizat siyahısına 6.6 V12 aqreqat daxildir. 686 at gücü avtomobilə imkan verir ki, ilk yüzlüyə 4,6 saniyəyə sürətlənsin. Maksimal sürət 250 km/saatdır.

 

Cavanşir Məmmədzadə