KepezTV Player
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 3 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbilə mənzildə köməksiz vəziyyətdə qalıb. Sumqayıt Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər. Azyaşlılar xilas ediliblər.
Zülfiyyə Telmanqızı
- Baxış: 363