Tesla Semi adlı elektrikli yük avtomobilinin qiyməti açıqlanıb. Ehtiyat gedişi 482 kilometr olan baza versiyanın dəyəri 150 000 dollardır. Bir dəfəyə 805 kilometr məsafə getməyi bacaran daha üst versiyaya 180 000 dollar qiymət qoyulub. Satış zamanı Founders Series adlı xüsusi versiya da əlçatan olacaq. Buna görə alıcılar 200 000 dollarından keçməlidirlər. Şirkət öncədən sifariş üçün depozit məbləğini də artıraraq 20 min dollara çatdırıb. Founders Series-i əldə etmək istəyənlər isə tam ödəniş etməlidirlər. Yeri gəlmişkən, Tesla Semi 4 elektromotora sahibdir. Onlar arxa təkərləri işə salırlar. Yük daşıyan maşına 5 saniyə kifayətdir ki, ilk 100 km/saat sürəti yığsın. Elektrikli avtomobilin avadanlıqlar siyahısında bir neçə yük maşınlı konvoyu birləşdirə bilən avtonom rejim də var.
Cavanşir Məmmədzadə
- Baxış: 506