KepezTV Player
Lənkəranda minik avtomobili yük maşını ilə toqquşub.Hadisə Ələt –Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Xəsarət alan Rusiya vətəndaşları - Cəsarət Hüseynov , Şamama Hüseynova, Lənkəranın Türkəkəran kənd sakini Nadir Əzizov və Astaranın Pensər kənd sakini Elduzə Dadaşova Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisəyə səbəb “Merecedes”markalı avtomobilin yüksək sürətlə hərəkətdə olması və idarəetmənin itirilməsi göstərilir.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 533