• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2122
— 21.11.2017 15:40

Şəmkirli fermerlər bu il də dənli bitkilər əkilən sahələrdən yüksək məhsuldarlıq gözləyir

KepezTV Player

Ötən mövsüm ilində sahələrdən əldə edilən bol məhsul Şəmkirli fermerlərin payızlıq əkin kompaniyasına böyük həvəslə qatılmasına səbəb olub. Dövlətin dənli bitgilərə görə verdiyi subsidiyalar - hər hektar buğda üçün 100, arpa bitgisi üçün isə 50 manat  stimullaşdırıcı rol oynayır. 

Payızlıq əkin kompaniyası çərçivəsində Şəmkirdə əkinə yararlı 41 min hektardan  23 mindən artığında şumlama aparılıb. Səpin rayonun dağətəyi kəndlərində başa çatsa da aran hissəsində davam etdirilir. 5895 hektarda yekunlaşan səpin havanın yağmursuz keçməsi səbəbindən bəzi ərazilərdə gecikir. Fermerlər yüksək məhsuldarlığı ilə seçilən toxum növlərindən istifadə edirlər.

Əbülfəz Balayev – fermer: “Səpin kompaniyası bizdə sentyabır ayının 25-dən sonra başlayıb. İndi isə yekunlaşdırmaq üzrəyik. Hardasa 5-6 günə yekunlaşdıracağıq. Bizim işlərin ləngiməyi havanın qurqlıq olması səbəindən torpaqda kəltənlərdə çox oldu deyə səpində bir az gedikdik”

Səməd İsgəndərov – fermer: “Bu il mən özüm 12 hektar sahədə taxıl əkmişəm. Hazırda sahələrdə aqroteniki işlər aparılır. Yüksək repraduksiyalı toxumlardan istifadə etmişik səpin zamanı. Zərəvericilərə qarşıda mübarizə aparmışıq. Ona görə, məhsuldarlığa təsir edən bu kimi amillərə qarşı vaxtında tədbir görülür. Məhsuldarlıq sahələrimizdə 30-40 sentner arası olur.”

Fermerlərin səpin kompaniyası zamanı texnikaya və gübrələrə olan tələbatını ödəmək isə Aqrolizin ASC-nin Şəmkir Regional Nümayəndəliyinin üzərinə düşür. Bu məqsədlə nümayəndəlikdə müxtəlif adda gübrələr anbarlara tədarük olunub və mövcud texnikalar müqavilə əsasında fermerlərin ixtiyarına verilib. Toxum səpilən sahələrin suvarılması məsləsinə gəlincə isə... 

Kamil Yusibov – Şəmkir Rayon Kənd Təsərrüfatı İdarəsinin rəis əvəzi: “Suvarma sahəsində heç bir problemimiz yoxdur. Aran sahəində səpilmiş sahələr hamısı hal-hazırda suvarılır. Şəmkir rayonunda Zəyəmçayı, Şəmkirçayı və arteziyanlardan istifadə olunur suvarmada. Zərəvericilərə qarşı mütamadi olaraq tədbirlər aparılır. Halhazırda dağlıq ərazilərə səpin başa çatdığı üçün müşahidələr aparılır və zərəvericilər qeydə alınan kimi tədbir aparılır.”

Ötən il Şəmkirdə taxıl əkilən 14 129 hektardan 43152 ton məhsul əldə olunub. Məhsuldarlıq hər hektardan 31 sentner təşkil edib. 

Xaliq Qurbanlı