Şəmkirdə rayon rəhbərliyinin Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçənin sakinləri ilə görüşü olub. Rayonda reallaşcaq layihələrdən danışılıb, sakinlərin təklifləri dinlənilib. Son illərdə digər küçə və prospektlər kimi Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan küçənin də yenidən quurlduğu, kommunal xətlərin dəyişdirildiyi vurğulanıb. Görüş iştirakçıları Milli Qəhrəmanın adını daşıyan küçədə ekoloji aksiya da təşkil edib. Ərazidə təmizlik işləri aparılaraq fərdi yaşayış evlərinin qarşısında çökə ağacları əkilib. Mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Nigar Hüseynli aksiya iştirakçısı: Milli Qəhrəmanımız Mübariz İbrahimovun adını daşıyan bu küçədə ağac əkmə aksiyasında böyük həvəslə iştirak etdik. Biz istəyirik ki Şəmkirin bütün küçələrin yaşıllıq abadlıq işləri daha sonra da davam etsin. Hər yerdə təmizlik yaşıllqı olsun.
Güllü Atakişiyeva aksiya iştirakçısı: Sırf qəhrəmanımıza adına həsr olunan bu aksiya şərait yaradacaq ki onlar qəlblərdə yaşasın və insanlar daha yaxından tanısınlar.
Natiq Hüseyn
- Baxış: 525