• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1240
— 21.11.2017 13:51

Bakı-Aeroport yol qovşağı və Zabrat körpüsündə oğurluq etdilər

KepezTV Player

Bu il noyabrın 17-də axşam saatlarında Bakı-Aeroport yol qovşağı körpüsünün üstündə bir nəfər yol ötürücüsünün kənarındakı dəmir məhəccərə bəzək üçün quraşdırılan boruları və led işıqları sökərək oğurlamağa cəhd göstərib. Dərhal hadisə yerinə yaxınlaşan orada xidmət aparan Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları həmin şəxsi saxlayaraq ərazi üzrə 12-ci Polis Bölməsinə (PB) təhvil veriblər.

Həmin şəxs oğurladığı 6 ədəd led işıq və 6 kiloqram əlvan metalla birlikdə Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə təhvil verilib. Araşdırma zamanı saxlanılan şəxsin Zaqatala rayon sakini əvvəllər dəfələrlə məhkum olunan Vüqar Mustafayev olduğu müəyyən edilib”.

Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən daha bir oğurluq hadisəsinin qarşışı alınıb. Belə ki, noyabrın 15-də saat 21 radələrində Zabrat körpüsündə xidmət aparan mühafizəçilər körpünün üstündə “VAZ-21011” markalı avtomobilə yaxınlaşaraq nəqliyyat vasitəsinin dayanma səbəbini aydınlaşdırmağa çalışıblar. Bu zaman sürücü avtomobilə minib qaçmağa cəhd göstərib, lakin o, maşınla birlikdə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı Zabrat körpüsündən oğurlanan dəmir məhəccərlər və əlvan metaldan olan əşyalar aşkar olunaraq götürülüb. Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini Şakir Əliyev olduğu müəyyən edilib.  Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.