Abşeron rayon polis idarəsinin əməliyatçıları Fatmayı qəsəbəsində plastik pəncərələri açaraq iki evdən kabel və kombi oğurlayan Mehdiabad qəsəbə sakini 21 yaşlı Nürəddin Orucovu yaxalayıblar.
Oğurluq etdiyi üçün əvvəllər də məhkumluq həyatı yaşayan Nürəddin törətdiyi əməlin səbəbini belə izah edib
Nürəddin Orucov saxlanılan şəxs:Elə-belə eləmişəm, kefimdən.
Peşman olsa da, gələcəkdə pul əldə etmək üçün bu yola əl-atıb atmayacağını isə qismətin ayağına yazıb.
Nürəddin Orucov saxlanılan şəxs:Allahdan asılıdır, məndən yox...Əməlimdən peşmanam, bir də təkrar etmərəm.
Nürəddin Orucovun sözlərinə görə, oğurluq yolla əldə etdiklərini tanışı 29 yaşlı Mübariz Məmmədova satıb.
Aşkar olunan faktlarla əlaqədar Abşeron rayon polis idarəsində Cinayət işi açılıb, araşdırmalar davam edir.
- Baxış: 947