KepezTV Player
Lənkəranda 41 yaşlı kişi dəm qazından boğularaq ölüb. Hadisə ötən gün axşam saatlarında şəhərin Akademik Zərifə Əliyeva küçəsində yerləşən 15 saylı binada baş verib. 41 yaşlı Elnur Məhərrəmov kirayədə yaşadığı evdə huşsuz vəziyyətdə aşkar edilib. Dərhal evə Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları çağrılıb, lakin o,keçinmiş vəziyyətdə olub.Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Lənkəran prokrorluğunda araşdırma aparılır.
- Baxış: 430