Piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə inşa edilən piyada keçidlərdən biri Heydər Əliyev prospekti ilə Həsən Əliyev digəri isə Heydər Əliyev prospekti ilə Cavadxan küçəsinin kəsişməsində yerləşir. Qeyd olunan ərazidə Gəncə Dövlət Universitetinin, eləcədə yeni istifadəyə verilən ticarət mərkəzinin olması, əhalinin və avtomobillərin intensivliyi piyada keçidinin dahada əhəmiyyətili edir. Keçiddə gecə işıqlandırması və təhlükəsizlik kameralarıda quraşdırılıb. Yeni istifadəyə verilən keçidlərlə birgə Gəncədə fəaliyyət göstərən yeraltı keçidlərin sayı 5 çatdırılıb. Şəhərdə aparılan quruculuq abadlıq işlərinin gələn il daha geniş vüsət alacağı qeyd olunub.
Elmar Vəliyev - Gəncə şəhər İH-nin başçısı: “Belə ki, qısa müddətdə yeni obyektlərin tikintisi başa çatdırılmalıdır. Sözsüz ki, bütün bunlar şəhər əhalisinə xidmət göstərəcək. Bundan başqa infrastruktur layihələri davam etdiriləcək, su kanalizasiya xətlərinin çəkilişi şəhərin bütün ərazilərini əhatəetməlidir, bununla yanaşı qaz xətlərinində çəkilişi yeni qəsəbələrdə davam etdirikləcək. Bunlar hamısı insanlarımız üçündür. Vətəndaşda sevinir ki, yaxşı işlər görülür.”
Çinarə Hümbətova - şəhər sakini: “Təhsil müəssisənin Gəncə Dövlət Universitetinin yaxınlığında belə bir keçidin açılması tələbələrin, müəllimlərin həmçinin bütün sakinlərin təhlükəsizliyini təmin edir.”
Elton Cabbarlı
- Baxış: 1033