• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1253
— 20.11.2017 12:59

Sakinlərə 4 min manata yaxın ziyan vuran dələduz tutuldu

KepezTV Player

Qusarda dələduzluqla məşğul olan şəxs saxlanılıb. O, müxtəlif vaxtlarda sakinlərin etibarından istifadə edərək onlara 4 min manata yaxın maddi ziyan vurub.

Qusar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fərqli vaxtlarda rayon ərazisində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara maddi ziyan vuran şəxs saxlanılıb.Rayonun Cibir kənd sakini Məhəmməd Qurbanov şübhəli şəxs qismində saxlanılaraq PŞ-nə gətirilib. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində məlum olub ki, O, avqustun 7-də Qusar Gedəzeyxur kənd sakininə məxsuz 4500 kq buğdanı 1800 manata razılaşaraq alıb, lakin sonra kənd sakininə pulu ödəməyərək dələduzluq etmişdir. Avqusutun 8-də isə rayonun İmamaqulukənd kəndində yenə həmin usulla kənd sakini aldadaraq, 2840 kq buğdanı 852 manata alaraq pulu ödəməkdən boyun qaçırıb. Sentyabrın 17-də Düztahir kənd sakinin etibarından istifadə edərək ona məxsus 1000 Azn dəyərində olan bir baş inəyi alaraq pulunu mənimsəyib. Ümumimən kənd sakinlərinə 3652 Azn maddi ziyan vurub.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır.

 

Zülfiyyə Telmanqızı