• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1942
— 17.11.2017 18:36

Qanunu pozanlar cərimələndilər

KepezTV Player

Şirvan şəhərində yol-hərəkət qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib. Şirvan Şəhər Polis Şöbəsi Dövlət Yol Polisi bölməsi əməkdaşları 30-dək avtonəqliyyat vasitəsinin idarə olunmasında qanun pozuntusu aşkar ediblər. Maşınların arxa və yan şüşələrində görməni məhdudlaşdıran plyonkalardan istifadə ilə bağlı sürücülərə inzibati protokolar yazılaraq cərimələr tətbiq olunub. Plyonkalar avtomobillərdən yerindəcə də çıxarılıb. Digər hallarda standartlara uyğun gəlməyən dövlət nömrə nişanlarından istifadə, sərnişindaşıma qaydalarını pozma, avtomobillərin konstruksiyasında dəyişiklik, təhlükəsizlik kəmərindən istifadəyə etməmə və yükdaşıma qaydalarını pozma ilə bağlı protokollar yazılıb. Bir neçə avtomobil duracağa yerləşdirilib. 

 

Zülfiyyə Telmanqızı