Bakının Nərimanov rayonunda reyd zamanı avtoxuliqanlıq və polisə tabe olmama hadisəsi qeydə alınıb. "BMW" markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə, ona "saxla!" əmri verilib. Polisin təqibindən sonra maşını saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib. Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və maşını orada saxlayaraq restoranda gizlənib. 33 yaşlı Elvin Adıgözəlova məxsus nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb. Sürücü haqqında araşdırmalara başlanılıb.
Zülfiyyə Telmaqızı
- Baxış: 348