Lamborghini Urus ofroudunun ikinci tizerini nümayiş elətdirib. Burada maşının yeni elektron idarəetmə rejimlərinin işi görüntülənib və prototip komuflyajda qarın üzərində drift edib. Hələ ilk videoçarxda aydın olmuşdu ki, Urus şosse, idman, yarış, qum, daşlı və qarlı rejimlərə malikdir. Amma son üç rejim Lamborghini modellərində tətbiq olunmamışdı. Yeni yolsuzluq avtomobilinin texniki xarakteristikası barədə məlumat hələlik verilmir. Lamborghini Urus superkrossoverinin sirri 4 dekabrda rəsmi şəkildə açılacaq.
Cavanşir Məmmədzadə
- Baxış: 284