KepezTV Player
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Avtomobilin sürücü oturacağının arxasında, əşyaların saxlanılması üçün nəzərdə tutulan ciblikdə gömrük nəzarətinə bəyan olunmayan 50 konvalyut - 500 həb "Alprazolam 0.5" adlı dərman preparatı aşkar edilib.
Həblərin tərkibində alprazolamın təsir maddəsinin ümumi miqdarı 0,25 qram təşkil edir.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 531