Daha sakinlər Gəncə poçtlarında uzun növbələri gözləməli olmayacaq. ASAN Xidmət standatrlarının tətbiqinə çalışan qurumun yeniliyi barədə qarşıdakı sujetdə.
Müasir dövrdə mavi yanacaq və elektirik enerjisinə görə pul ödəmək insanların qayğılarından birinə çevrilib. Əhali bu prosses zamanı bəzən saatlarla vaxtını itirməli olurdu. Bunu nəzərə alaraq, Azərpoçt Məhdud Məsuliyyətli Cəmiyyəti smart kartlara ödəniş edilməsi prossesini sadələşdirib. ((
Yaxın gələcəkdə isə poçt şöbələrinə gələn sakinlər daha bir xoş yeniliklə qarşılaçacaqlar. Vətəndaş şöbəyə gəlməklə bütün kommunal ödənişləri vaxt itirmədən rahat şəkildə edə biləcək. “Azərpoçt” MMC vətəndaşlara göstərilən xidmət səviyyəsinin yüksəldilməsində “Asan” xidmət standartlarını tətbiq etməyə çalışır. Əsas məqsəd müştərilərin bu xidmətlərdən tam razı qalmasına nail olmaqdır.
Fida Muradlı
- Baxış: 373