Qan ver yaşat. Bu şüarı əldə rəhbər tutan Şəmkir sakinləri yerli gənclərin təşəbbüsünə qoşulub. Talassemiya və hemofiliyadan əziyyət çəkənlərə yardım etmək, eləcə də qan ehtiyyatı toplamaq məqsədilə təşkil edilən aksiyada 200-dən artıq rayon sakini iştirak edib. Həkim müayinəsindən keçən və sağlamlıq vəziyyəti imkan verən donorlardan qan götürülüb və Respublika Qan Bankına göndərilib.
Əyyub Dünyamalıyev - donor: Bu gün bu aksiyada iştirak etdiyim üçün özümü çox xoşbəxt sanıram. Çünki bu kompaniya zamanı mənim verdiyim qan hansısa xəstəyə yardım edəcək.
Sevda Məmmədova - donor: Şəmkir rayonunda qan vermə aksiyası hər il keçirilir. Məndə özümü bu gün xoşbəxt hiss edirəm ki, məndən götürülən qan hemofiliya və talesimiyalı xəstələrin müalicəsindən istifadə olunacaq.
Elçin Əliyev - Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini: Şəmkir əhalisi bu aksiyaya böyük çoşqu ilə qoşulub. Bu aksiyanın əsas məqsədi qan xəstəliyindən əziyyət insanların qana olan ehtiyacını qisməndə olsa ödəməkdir.
Şəmkirdə sonuncu dəfə baş tutan qanvermə aksiyası 3 gün davam edib və 400-ə yaxın rayon sakini könüllü donor olub.
Natiq Hüseyn
- Baxış: 417