Amerikanın aerokosmik stansiyası NASA, Sierra Nevada şirkətilə birgə hazırladığı Dream Chaser adlı kosmik gəmisini sınaqdan keçirib. O, atmosferdə sərbəst uçuş həyata keçirib və ilk enişini edib. Əvvəlcə Boeing və SpaceX-in bu istiqamətdə sınanılması planlaşdırılmışdı. Lakin layihə uğur qazanmadığından şirkət mühəndisləri yüklərin kosmosa çıxarılması üçün yeni iş ortaya qoyublar. Kosmik gəminin ümumi çəkisi təxminən 20 tondur. Yük götürmə qabiliyyəti isə 5,5 ton qiymətləndirilir. Kosmik gəmi tipi olan şattldan fərqli olaraq Dream Chaser buraxılma zamanı yan tərəfdə quraşdırılacaq, yuxarı hissədə raketdaşıyıcı bərkidiləcək. Analoji vəziyyətdə kosmik gəminin raket elementləri tərəfindən zədələnmə riski minimuma enir. Əks halda 2003-cü ildə “Kolumbiya” kosmik gəmisinin qəzaya uğraması təkrarlana bilər. Dream Chaser-in testləri zamanı kosmik gəmini 60 metrlik trosla 3 kilometr hündürlüyə qaldırıb daha sonra buraxıblar. Bundan sonra gəmi bort kompüterlərin köməyilə sərbəst uçub və uğurla eniş etməyi bacarıb. Mini-şattlın ilk orbital uçuşu 2020-ci ilə təyin edilib.
Cavanşir Məmmədzadə
- Baxış: 302