KepezTV Player
Bu gün səhər saatlarında Şəmkir rayonun Zəyəm-Cırdaxan kəndində fərdi yaşayış evlərinin birində partlayış baş verib. Hadisə zamanı evdə yaşayan 46 yaşlı Məhbubə İsgəndərova və onun 20 yaşlı oğlu Mehrab İsgəndərli müxtəlif yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. İlkin müayinələrdən sonra onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Partlayışın başvermə səbəbləri araşdırılır.
Natiq Hüseyn
- Baxış: 643