Avropanın yeni avtomobillərin qiymətləndirilməsi təşkilatı (Euro NCAP) növbəti kraş-testlərinin videolarını paylaşıb. Burada 8 avtomobil imtahana çəkilib: Citroen C3 Aircross, Mitsubishi Eclipse Cross, Opel Crossland X, Seat Arona, Skoda Karoq, Volvo XC60, VW Polo və T-Roc. Bütün maşınlar ən yüksək qiyməti – 5 ulduzu qazana bilib. Ən yaxşı göstərici isə Volvo XC60-a məxsusdur. Krossover ön sərnişinlərin qarşı tərəfdən qorunmasına görə, 37,2 bal əldə edib, yəni o, maksimal qiymətə nisbətən 98 faiz təhlükəsiz hesab olunub. Bununla İsveç ofroudunu ilin ən təhlükəsiz avtomobili adlandırmaq olar. Amma rekord hələ də Alfa Romeo Giulia-da qalır: 37,4 bal. Cari testlərdə ikinci yeri Mitsubishi Eclipse Cross tutub: 36,9 bal və ya 97 faiz. Sonrakı sıralama belədir: “Folsfagen” Polo və T-Roc, Seat Arona, Skoda Karoq, eləcə də Opel Crossland X və Citroen C3 Aircross. Yüksək qiymətlərə baxmayaraq, mütəxəssislər son iki maşının arxa sərnişinlərinin təhlükəsizliyinə görə bir qədər narahatdırlar.
Cavanşir Məmmədzadə
- Baxış: 354