• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 779
— 13.11.2017 10:01

6 motorlu elektrik hiperkarı hazırlandı

Prototipləşdirmə, elektrik güc sistemləri və elektrik saxlama sistemləri hazırlayan Kaliforniyanın Rice Advanced Engineering Systems and Research (RAESR) texnologiya startapı 6 motorlu Tachyon Speed hiperkarını göstərib. O, işıq sürətindən də cəld olan takion hipotetik zərrəciyinin şərəfinə adlandırılıb. Ekstremal variantlı ikiqapılını ümumi at gücü 1250-yə bərabər olan 6 motorla təchiz ediblər. İlk 96 km/saat sürəti yığmaq üçün hiperkara 3 saniyədən də az vaxt lazımdır. Takionun maksimal sürəti saatda 386 kilometrə çatır. Şəhər mühitində gediş ehtiyatı 241 kilometrdir. Kupeyə xromo-molibden ərintisindən boru kəməri quraşdırılıb. Onun da üzərində karbon fiber materialından panellər bərkidilib. Adıçəkilən materialdan hətta aerodinamik kuzov, arxa antiqanad, ön spoiler və diffuzor da ərsəyə gəlib. Hiperkarın bəzi konstruksiya elementləri 3D printerdə çap olunub. Tachyon Speed avtomobilinin avadanlıqları siyahısında bir neçə rejimli sürüşüməyə davamlı sistem, fırlanma vektoruna nəzarət sistemi və tənzimlənən asma daxildir. Elektriklə işləyən hiperkarın nə zaman kütləvi istehsal olunacağı və neçəyə başa gələcəyi barədə isə məlumat yoxdur.

 

Cavanşir Məmmədzadə