Gəncədə Dövlət Tarix və Mədəniyyət Qoruğunun bir hissəsi və Gəncəçayın sahili çirkləndirilən məişət tullantılarından təmizlənib. Aksiya iştirakçıları qoruq ərazisinə məlumatlandırıcı plokatlar da yerləşdiriblər.
IDEA İctimai Birliyi, “Cavan” Gənclər Hərəkatı və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiya ekoloji tarazlığın bərrpa olunmasına xdmət edib.
Babək Həsənov - şəhər sakini: “Mən 2017-ci ilin yay aylarında burada olanda vəziyyəti gördüm və bu barədə aidiyyatı üzrə orqanlara müraciət elədim. Müraciətimin biri də İDEA İB-ə idi. Təşəkkürümü bildirirəm ki, mənim müraciətimə cavab olaraq bu günkü aksiya təşkil olunubdur”.
Aksiyada Gəncə şəhərində fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, QHT və ictimai birliklərin üzvləri, fəal gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Mircəfər Rəsulov - aksiya iştirakçısı: “Öz ölkəmizi, şəhərimizi təmiz saxlamaq hər birimizin borcudur”.
Ürfanə Dadaşova - aksiya iştirakçısı: “Biz bu aksiyada iştirak etdiyimizə görə, çox qürur duyuruq. İnanırıq ki belə tədbirlərin davamı gələcək”.
Ətraf mühitin qorunması, təmizliyə riayət olunması, məişət tullantılarının ətraf mühitə, Gəncə çayına, fauna və floraya vurduğu ziyanla bağlı maarifləndirici söhbət aparılıb.
Nigar Quliyeva - İDEA İB-nın layihələr departamentinin mütəxəssisi: “Burada 500-dən artıq Gəncə könüllüsü qoşiulub aksiyamıza. Onların hər birinə təşəkkürümü bildirirəm. Gəncə Dövlət Tarix və Mədəniyyət Qoruğunda təmzilik aksiyasını keçirilməsində əsas məqsəd həm qorugun ətraf mühitini qorumaq, həmdə elmi, mədəni, tarixi sərvətlərimizi gələcək nəsillərə sağlam və təmiz ötürməkdir”.
Sanitar normalara uyğun müxtəlif ləvazimat və xüsusi geyimlə təchiz olunan gənclər topladıqları məişət tullantılarını xüsusi çuvallara yığıblar. Əraziyə cəlb edilən texnikalar vasitəsilə isə Gəncə Tullantılar Poliqonuna daşınıb.
Xaliq Qurbanlı
- Baxış: 672