• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 737
— 02.11.2017 10:03

Bu da "ağıllı" piyada keçidi

İngiltərənin Direct Line sığorta şirkəti "ağıllı" piyada keçidi yaradıb. Mühəndislərin hazırladığı texnologiya yollarda təhlükəsizliyi artıra biləcək texnoloji qurğu hesab olunur. Smart keçid piyadanı aşkarlayaraq sürücünü təhlükə barədə xəbərdar edə bilən bir neçə sensordan ibarətdir. Bundan əlavə, keçid əks istiqamətdə işləyərək piyadalara yaxınlaşan nəqliyyat vasitələri barədə məlumat verir. İşıq diodları ilə təchiz edilən piyada keçidi bir neçə rejimdə işləyir: yol boş olanda - avtomobil və ya velosipedçilər olmayanda keçiddə avtomatik olaraq yaşıl işıq yanır. Keçidin ilkin uzunluğu 22 metr təşkil edir, lakin yolu çoxlu insan keçən zaman onun eni genişlənir. Həmçinin sistem gecə vaxtı piyadaların üzərinə işıq salaraq sürücünü bu barədə xəbərdar edir. Keçidə nəqliyyat vasitəsi yaxınlaşanda isə onun qırmızı işığı yanır. Bundan başqa, piyada yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istəyən zaman keçiddə yaşıl işıq əvəzinə qırmızı yanır. Məsələn, piyada keçiddən kənara çıxacağı təqdirdə sistem sürücünü təhlükə barədə məlumatlandıra biləcək.

 

Cavanşir Məmmədzadə