Yaponlar yeni Toyota Hilux Bruiser pikapını nümayiş elətdiriblər. Cəmi bir ədəd hazırlanan avtomobil 80-ci illərdə populyar olan Tamiya istehsallı modellərə bənzədilib. Oyuncaq avtomobili tam ölçülü pikapa çevirən Arctic Trucks firmasıdır. Hilux-un xüsusi versiyası 35 düymlük yolsuzluq təkərləri, asma lifti və geniş təkər tağları ilə komplektləşdirilir. Radioidarəedici modellərlə eyni olsun deyə Hilux maşınının yük yerinə “söndürücü”, plastik bamperlər, yan qoruyucular və antenna quraşdırıblar. Avtomobil 2,4 litrlik 150 at güclü turbodizel motorla və 6 pilləli mexaniki sürət qutusu ilə hərəkətə gəlir.
Cavanşir Məmmədzadə
- Baxış: 394