• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1217
— 03.11.2017 22:54

Seyfi aça bilmədilər, əşyaları oğurladılar

KepezTV Player

Sumqayıt şəhərində yerləşən idarələrdən birindən oğurluq olub. Naməlum şəxslər binadan televizor, fotoaparat, 2 kompüter və 2 ədəd noutbuk götürüblər. Hadisə barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olan kimi yaradılan əməliyyat-istintaq qrupu hadisə yerinə yollanıb və barmaq izləri götürülüb.  Nətivədə cinayətdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri – Tural Dəmiroğlu, Teymur Mövsümov, İlkin Nağıyev və Rauf Cəfərov saxlanılaraq istintaqa təqdim olunublar. Araşdırma zamanı dəstə üzvlərinə idarədən oğurluq etmək təklifinin Rauf Cəfərov tərəfindən verildiyi məlum olub. O, seyfdə külli miqdarda pul olduğunu bildirib.

Saxlanılan şəxslər idarəyə daxil olandan sonra nə qədər çalışsalar da, hədəf seçilən seyfi aça bilməyiblər. Əvəzində isə ofisdə olan qiymətli əşyaları götürərək hadisə yerindən uzaqlaşıblar.

Saxlanılan zaman dəstə üzvlərinin üzərindən ümumilikdə 7 qrama narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.