• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2107
— 03.11.2017 20:24

Samuxda iki avtomobil toqquşdu

KepezTV Player

Samux rayonunda yol qəzası baş verib. Gəncə-Çobanabdallı yolu ilə hərəkətdə olan “VAZ 2106” ilə “Opel” markalı avtomobil toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. İlkin ehtimallara görə, qəzaya “Opel” markalı avtomobilin “VAZ 2106”nın yoluna çıxması səbəb olub. Faktla bağlı araşdırma aparılır.