• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1278
— 03.11.2017 15:23

Gəncədə elektron hökümət xidmətlərinə aid təlim keçirilib

KepezTV Player

BMT-nin İnkişaf Proqramı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birgə Gəncədə təlim keçirib. “Azərbaycan Respublikasında İnformasiya Kommunikasiya Texnalogiyalar infrastrukturunun və xidmətlərinin davamlığının və səmərəliliyinin modernləşdirilməsi” layihəsi çərçivəsində təşkil edilən təlimdə Gəncə ilə yanaşı 12 şəhər və rayonun dövlət qulluqçuları, gənclər iştirak edib. Regionlarda davamlı inkişaf üçün Elektron hökümət və Elektron iştirak xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı keçirilən təlimdə məqsəd Elektron hökümət portalının xidmətlərindən səmərəli istifadə üçün vətəndaşların cəlb olunması, dövlət qulluqçularının bilik səviyyəsinin artırılmasıdır. Təlimdə eyni zamanda “Bəşəri dəyər: Vikipediya” Viki Hərəkətə də start verilib. İştirakçılara vikipediyaya Azərbaycan eləcə də regonla bağlı məlumatların yerləşdirilməsi də izah edilib. İştirakçılara “Elektron Azərvaycan” və “Vikipediyaçının köməkçisi” adlı maarifləndirici toplu kitabçaları da paylanılıb.

Simon Deloporta  Sloveniya Elektron İnstitutlarının direktoru: Dövlət idarəçiliyi, dövlət resurslarından istifadə və vətəndaşların qərar qəbul etmə prosesi baxımından elektron hökümət çox vacib element sayılır. Azərbaycan BMT-nin Elektron iştirakla bağlı keçirdiyi reytinqlərində son 2 ildə çox yüksək nəticələr əldə edib. Ancaq elektron iştirak sadəcə texnologiyalardan ibarət olan bir məsələ deyil. Bu həmin sahədə mədəniyyət, düşüncə tərzinin formalaşması və ümumi cəmiyyətdə ona yanaşmanın təmin edilməsi də deməkdi. Biz bu tədbir vastəsi ilə vətəndaşların elektron iştiraka cəlb edilməsinin artırılması və onların ümumi dövlət siyasətinə təsirinin gücləndirilmsəi yollarını axtaracayıq.

Barat Talıbov layihənin nümayəndəsi:Onlayın ensklapediya oaln vikipediya da Azərbaycanla bağlı kontingentin kontinkentin zənginləşdirliməsi istiqamətində region gənclərin cəlb olunması, eyni zamanda Azərbaycanın milli mədəni abidələri ilə bağlı məlumatların müxtəlif dillərdə yerləşdirilməsi və təbliğidir. Həmçinin vikipediyada Azərbaycanla dilli infarmasiyanın gücləndirilməsi istiqamətində işlərə təkan verməkdi.