KepezTV Player
Pakistanda yaşayan 21 yaşlı Asiyə Bibi adlı qadın zorla evləndirildiyi üçün 15 nəfəri öldürüb. Qadın həyat yoldaşını və onun ailəsini "lassiyə", yəni şirin ayran adlı içkiyə zəhər qarışdıraraq öldürüb. O, bu cinayəti sevgilisi olduğu iddia edilən bir kişi və xalası ilə birgə törədib. Asiyə evləndirildikdən sonra evdən qaçıb, lakin ailəsi onu yenidən həyat yoldaşının yanına qaytarıb. Qadın isə həyat yoldaşından birdəfəlik xilas olmaq üçün onun südünə zəhər qarışdırıb. Lakin həyat yoldaşı bu südü içməyib. Asiyə isə təslim olmayaraq, ikinci dəfə bütün ailəyə zəhərli içki içirdib və onları öldürüb. İçkidən zəhərlənən daha 12 nəfər xəstəxanaya yerləşdirilib.
- Baxış: 589