Tovuzun Alakol kəndində qonşular arasında dava düşüb. Tərəflərdən biri, yəni Qüdrət Hüseynova xəstəxanalıq olub. Həsənovanın iddiasına görə, iki il əvvəl qonşusu Tahirə Sarızadəyə bankdan kredit götürə bilməsi üçün zaminlik edib. Sarızadə pulu aldıqdan bir neçə ay sonra banka aylıq ödənişi keçirə bilməyib. Belə olduqda isə borc hər ay Qüdrət Hüseynovanın pensiya kartından tutulub. Tahirə Sarızadəyə Qüdrət Hüseynovanın itirdiyi 1200 manat puldan sadəcə 400 manatını geri qaytarıb. 68 yaşlı qadın qalan hissəni istədikdə qonşunun həyat yoldaşı Çükür Sarızadə tərəfindən döyülərək təhqir edilib. Hüseynova xəstəxanaya aparılıb. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Qarşı tərəf isə bildirib ki, Qüdrət Hüseynovaya zorf tətbiq edilməyib. Qadın şəkər xəstəsidir və borc üstündə mübahisə aparılarkən səhhəti qəfil pisləşib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
- Baxış: 575