KepezTV Player
Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.Hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Biləsuvar rayon Xırmandalı kənd sakini, 26 yaşlı Zeynəb Teymurova əri və qayınanası tərəfindən döyülüb.Yaralı qadın ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının gətirilərək, cərrahiyyə şöbəsinə yerləşdirilib.Qadının dediyinə görə, o, əri ilə 5 ay əvvəl ayrı yaşamağa başlayıb. Bu gün ərinin xalası qadını çağıraraq, cehiz əşyalarını aparmasını tələb edib. Teymurova Uzuntəpə kəndinə gedib. Hadisə bu zaman baş verib. Qadın döyülüb, daha sonra onu qayınanasının bacısının evində iplə asmağa cəhd ediblər. Lakin səs-küy yarandığından bu istəklərinə nail olmayıblar.Faktla bağlı araşdırma aparılır.
- Baxış: 470