• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 988
— 01.11.2017 15:30

Gəncədə su təsərrüfatının yenilənməsi davam edir

KepezTV Player

Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasının 4-cü mərhələsi davam etdirilir. 5 aya yaxındır aparılan işlər şəhərin mərkəzi küçə və prospektlərində yekunlaşıb. Layihə çərçivəsində sovet dönəmindən qalan və istismar müddətini başa vuran müxtəlif diametirli su və kanalizasiya xəttləri yenilənir.

Layihənini 4-cü mərhələsi 3 il müddətinə həyata keçiriləcək. Bu müddətdə 179 km-dən çox su xətti, 144 km kanalizasiya xəttinin, 45 km kollektorun çəkilməsi yekunlaşmalıdır. Bu istiqamətdə podratçı şirkət tərərfindən işlər şəhərin Üzeyir Hacıbəyov, Sahil, Hüseyn Cavid, Qəmbər Hüseynli, Dədə Qorqud küçələrində aparılır. Bununla yanaşı Samux rayonu ərazisində inşa ediləcək və məhsuldarlığı sutkada 120 min kubmetr olacaq təmizləyici qurğunun tikintisinə də hazırlıq gedir.

Samir İsmayılov sahə rəisi: Ümumlikdə Gəncə 4 layihəsi 191 km məhəllə və daşıma kanalizasiya borusunun, 195 km isə içməli su şəbəkəsinin quraşdırılması nəzərdə tutulur. Maksimum dərəcədə çalışrıq ki, mövud şəbəkəyə zərər vurulmadan işləri aparaq. Sakinlər arasında narahatçıqlı yaranmamsı üçün qəza halı baş verərəsə dərhal yerindəcə həllinə çalışırıq.

Layihə çərivəsində şəhərin Cavadxan qəsəbəsində tutumu 5 min kub metr olan su anbarının inşasına da başlanılıb.

Hasan Atasoy layihə rəhbəri : Su anbarımızın mənbəyi Göygöldən gələn sudur. Hazırda anbarda ilkin işlər yekunlaşdırlıb və betonlamaya başlayacağıq. Burada işlərin 3 aya yekunlaşdırılacaqdır. Bu su anbarının yanında eynilə 5 min kub metr tutumu olan yeni su anbarınıda inşa edəcəyik. Anbarlar 20-30 min əhalinin su ilə təmin etməyə hesablanıb.

Hazırda 350 min sakini olan Gəncədə əhalinin təxminən 45 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunur.

Məcid Osmanov şəhər sakini:Köhnə xəttlər idi, partlayırdı, su motorları yanırdı. Bununla bağlı sakinlərdən pul yığılırdı. Bu gün aparılan işlər nəticəsində 24 saat su fasiləsiz veriləcəkdir.

Əli Şirəliyev şəhər sakini: Üzeyi Hacıbəyov küçəsində yaşayıram. Əvvələr kanalizasiyamız bərbad vəziyyətdə idi. Su sarıdan vəziyyətimiz çox pisdır. Hazırda çəkliş aparılır çox güman ki, gələcəkdə yaxşı olacaqdır.

Şəhərdə 315 km uzunluğunda kanalizasiya şəbəkəsi mövcud olsa da bu əhalinin təqribən 45 faizini əhatə edir. Sutəmizləyici qurğuların isə 90-cı illərdən işləməməsi tullantı sularının Samux rayonu ərazisindəki boş sahələrə axıdılması ilə nəticələnir.