• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1198
— 01.11.2017 13:35

Evə basqın edənlər saxlanıldı

KepezTV Player

Bir neçə gün əvvəl Nizami rayonunda evlərdən birinə quldurluq niyyəti ilə basqın edən şəxslər müəyyən edilərək saxlanılıb. Cinayəti törədənlərdən biri başqa hadisəyə görə də istintaqa cəlb olunub.

Oktyabrın 18-də iki nəfər naməlum şəxs Nizami rayon sakini Yuriy Maksimovun evinə quldurluq niyyəti ilə daxil olaraq onun 2500 manat, 6000 ABŞ dolları və 22750 rublunu, eləcə də qol saatını ələ keçirərək hadisə yerindən uzaqlaşıblar. Nizami Rayon Polis İdarəsinə  məlumat daxil olan kimi dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu yollanıb və mənzilə ekspert-kriminalistlərin iştirakı ilə baxış keçirilib, müvafiq əl-barmaq izləri götürülüb.

Rövşən Xanbabayev Nizami RPİ-nin müstəntiqi:“Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayətin əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər Ramil Quliyev tərəfindən törədildiyi müəyyən edilib. Həyata keçirilən əməliyyat nəticəsində Ramil Quliyev saxlanılıb”.

Qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən digər şəxs – Kamal Fərhadov isə bir neçə gün bundan əvvəl Xətai RPi-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılaraq  məsuliyyətə cəlb edilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.  Polis əməkdaşları quldurluq etməkdə şübhəli bilinən şəxslərin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nizami RPİ-yə müraciət edə bilərlər.