• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 736
— 01.11.2017 10:57

Lexus suni intellektli sedanını göstərdi

Tokio avtoşousunda Lexus istehsalçıları LS+ Concept flaqman sedanını ictimaiyyətə göstəriblər. 4 qapılı maşın suni intellektli avtonom idarəetmə ilə təmin olunub. Bu sistem 2020-ci ildə markanın bütün modellərində tətbiq olunacaq. Lexus LS+ Conceptdə avtopilot Highway Teammate adlanır. O, yalnız yüksək sürətli şosselərdə işləyir və pilotsuz rejimi tənzimləməklə məşğuldur. Sistem özü hansı yolda hansı funksiyanı işə salmağı təyin edir. İnteqrasiya edilmiş bort sistemlərdə süni intellekt maşın alqoritmlər əldə edəcək və sedanın pilotusz funksiyalarını daha yaxşı idarə edəcək. Bununla LS+ Concept yaranan tıxac və qəza ilə bağlı başqa avtomobillərlə “ünsiyyət” qura biləcək. Qıraqdan baxanda konsept-kar romb şəkilli kütləvi Spindle Grille radiator barmaqlığına, inteqrasiya olunmuş avtomatik jalüzlərinə və aerodinamiklərinə görə seçilir. Lazerli baş optikası olan yeni Lexusun yan güzgülərinin yerini indi kameralar tutub.