Ağcabədi rayonu Boyat kəndi ərazisindəki, maye yanacaq doldurma məntəqəsində bu gün axşam çağı baş verən partlayış zamanı bir nəfərin öldüyü, bir nəfərin yaralandığı deyilir. Yerli sakinlərin ehtimalına görə, yanacaq doldurma məntəqəsindəki partlayış, maye yanacağı çənə boşaldarkən baş verib.
Baş verən partlayışın səsi sakinləri də narahat edib.
Qafar Boyatlı hadisə şahidi: Kənddə oturmuşduq, birdən partlayış oldu. Daha biz öyrənmişik də, elə bildik ki, raket düşdü. Sonra qaçdıq hamımız yola, gördük ki, zapravka partlayıb.
sakin: Səs-küyə çıxdıq bura, yanğın gördükdü, birinci, səsdən sonra yanğın görükdü. Gəldik ki, bax camaat yığışıb bura. Baxdıq ki, zapravka partlayıb. Xəsarət alanlar var, Allah yiyəsinə rəhmət eləsin. Xəstəxanaya qaçırdıblar. Mümkün olmayıb. Bir nəfərdə xəsarət alıbdı.
Sakinlərin sözlərinə görə güclü partlayışın təsirindən yaxınlıqdakı tikililər də ziyan görüb.
Zaprvakada baş verən partlayış, əraziyə yaxın evlərin divarlarında çatlar əmələ gətirib. Yaxınlıqda olan bir neçə ev qəzalı vəziyyətdədir.
Gəldim bura evə zada baxdım, gördüm şüşə bu abırdadı. İçəridə çatlara baxdım.
Partlayışdan sonra çəndən qopan böyük bir hissə kəndin 3 yüz metrlik məsafəsində yaşayış evlərinin böyrünə düşüb. Baş verən hadisə ilə bağlı araşdırmalar aparılır.
- Baxış: 575