Milli mətbəx, milli mətbəxin turizmdəki yeri, mətbəx və incəsənət, mətbəx və sevgi kimi mövzular Gəncədə tələbələrlə müzakirə edilib. Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov Azərbaycan Texnologiya Universitetinin “Qida mühəndisliyi” fakultəsinin müəllim və tələbələri üçün elmi seminar keçib. Aparılan müzakirələrlə bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb. Azərbaycan Milli Kulinariya Mərkəzi ilə ATU arasında qurula biləcək əməkdaşlıq məsələlərinə də toxunulub. Gəncədə Milli Kulinariya Mərkəzinin bölməsinin yaradılması, ATU daxilində müxtəlif kulinariya kurslarının fəaliyyətə başlaması kimi məsələlər ətraflı müzakirə edilib.
Tahir Əmiraslanov Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti:“Bu gün Milli Kulinariya Mərkəzi ilə ATU arasındakı əməkdaşlığın demək olar ki, əsasını qoyuruq bu gün. Mən hesab edirəm ki, Gəncədə potensial çox böyükdür və bu potensialı aşkara çıxarmaq lazımdır. İstəyərdim ki, buradakı göz də açılsın. Bunlar savadlı, bacarıqlı insanlardır. Sadəcə burada maaddi, texniki şərait yaradılmaldır. Müəyyən maliyyə şəraiti əmələ gəlməlidir. Birgə düşünüb, fəaliyyət göstərərək bu şəraiti yaratmağa çalışacağıq”.
Mərdan Tağıyev ATU-nun Qida mühəndisliyi fakultəsinin dekanı:“Bu gün biz bütün restoranlara, yeməkxanalara nəzər salsaq görərik ki, orada çalışan insanların əksəriyyəti peşəkar deyil. Əksəriyyətinin nə sertifikatı, nə də diploma var. Bu əməkdaşlıq nəticəsində biz həmin insanları kurslara cəlb edib, bilik verməyi planlaşdırırıq. Yekunda isə Kulinariya Mərkəzi ilə birgə onlara sertifikatlar veriləcək ki, onlar həmin sertifikatlarla xarici ölkələrdə də çalışa biləcəklər”
- Baxış: 535