KepezTV Player
Siyəzəndə qatarın vurduğu şəxs müalicəsini davam etdirmək üçün Bakıya göndərilib. Bu barədə Siyəzən Regional Diaqnostika Mərkəzindən məlumat verilib. Qeyd edək ki, hadisə Siyəzən dəmiryolunda baş verib. 26 yaşlı Vasif Məmmədov relslərin üzərindən keçərkən onu qatar vurub. Gəncin yuxarı ətrafının pəncə hissəsi amputasiya olunub. Faktla bağlı araşdırmalar aparılır.
- Baxış: 417