KepezTV Player
Gəncə şəhərində bıçaqlanma faktı qeydə alınıb. Hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Şəhər sakini 50 yaşlı Rövşən Həsənov bədənin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. İlkin tibbi yardım göstərilən yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Etibar Abbasov həkim – “Təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə qarnın ön divarında kəsilmiş-deşilmiş yara xəsarəti ilə bir nəfər təxminən 50 yaşlarında kişi gətirilmişdi. Xəstə təcili əməliyyat otağına götürülüb və əməliyyat olunub. Vəziyyəti keçirilmiş əməliyyata uyğundu. Müalicəsi reanimasiya şöbəsində davam etdirilir”.
Elnur Vahidoğlu
- Baxış: 1343