• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 25.10.2017 10:31

Uşaq avtooturacağına ilk dəfə təhlükəsizlik yastığı bərkidildi

Maxi Cosi şirkəti Air Safety Technologie adlı təhlükəsizlik texnogiyası təqdim edib. İki təhlükəsizlik yastığından ibarət yenilik avtomobildə uşaq oturacaqları üçün nəzərdə tutulub. Bu üsul ilk dəfə tətbiq edilir. Analoji yastıqlar oturacağın çiyin hissəsində quraşdırılır. Karbondioksidli kartric hesabına geyinilən bu yastıq kreslonun arxasında yerləşir. AxissFix Air sistemi qəzadan 0,015 saniyə sonra reaksiya verir, təhlükəsizlik yastıqları isə 0,05 saniyəyə aktivləşir. Air Safety Technologie sayəsində avtomobil toqquşarkən azyaşlının boynunun zərər görmə ehtimalı 55 faizə qədər enir. Belə yastıq 61-105 santimetr boyu olan uşaqlara uyğundur. Maxi Cosi AxissFix Air Böyük Britaniyada təxminən 620 avro dəyərindədir. Azərbaycanda isə arxa oturacaqda xüsusi oturacaqsız 12 yaşadək uşaq varsa, burada inzibati məsuliyyət nəzərdə tutulmur, amma bu zaman yolda hər an baş verəcək hadisənin ağırlığını nəzərə almaq lazımdır.