Yapon bəstəkar Rödzi İkeda, Red Bull Music Academy ilə birgə A (For 100 cars/100 maşın üçün) adlı layihə reallaşdırıb. Layihə çərçivəsində Los-Ancelesin parketmə yerlərindən birində 100 ədəd avtomobilin audiosistemi fərqli tezliklərdə eyni səsi - Lya notunu ifa edib. İkeda müəyyən edib ki, bu not müxtəlif yerlərdə fərqli duyulur. Məsələn, Nyu-York filarmoniya orkestrində köhnə orqanla bu səs 376,3 hers tezliyində, Boston simfonik orkestrində isə 442 hers tezliyində eşidilir. Lya səsi ilk oktavada 440 hers təşkil edir. Performans 28 dəqiqə davam edib.
- Baxış: 700