Aston Martin şirkəti DB11 sportkarının üstü açıq versiyasını təqdim edib. Adına Volante əlavə edilən modeli alüminium platformada düzəldiblər və Mercedes-AMG-nin turbo mühərriki ilə təchiz ediblər. Maşına 8 qatlı yumşaq dam bərkidilib. O, 14 saniyəyə bağlanır, 16 saniyəyə isə açılır. Qatlanmanı 50 kilometr sürətədək yerinə yetirmək olar. Bu mexanizm çoxsaylı sınaqlardan keçirilib və deyilənə görə, istismar müddəti 10 ildir. Avtomobili Ölüm dərəsi adlı yüksək temperaturlu məkanda və Şimal qütbündə də sınaqdan keçiriblər. Sportkarın yeni 510 at güclü motoru 8 diapazonlu avtomatik sürət qutusu ilə işləyir. 1870 kiloqramlıq DB11 Volante, DB9-un üstü açıq versiyasından 26 kq yüngüldür. Yeni maşının çatdırılmaları 2018-ci ilin birinci rübündən başlayacaq. Qiyməti isə Böyük Britaniyada 211 000 dollar olacaq.
- Baxış: 332