• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 27.10.2017 13:58

Qohumlar əlbir olub oğurluq etdilər

KepezTV Player

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları uğurlu əməliyyat tədbiri həyata keçiriblər. Oktyabrın 24-də rayon ərazisindəki evlərin birindən 62 000 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Fuad Zeynalov tutulub, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Neftçala rayon Qaraqaşlı kənd sakini Sevda Həsənova isə oktyabrın 25-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək yaşadığı evdən 5000 manat dəyərində qızıl-zinət əşyalarının və 80 manat pulun oğurlandığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinləri, 17 yaşlı Murad Eyvazov və onun əmisi oğlu 22 yaşlı Camal Eyvazov şübhəli şəxs qismində saxlanılıb. Onların qeyd edilən qızılları Qaraqaşlı kəndində yol kənarında basdırdıqları aşkar olunub və  maddi sübut kimi götürülüb.