Ağdam rayon sakini Rafayel Novruzov Qusar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Bakıdan Qusara gətirdiyi sərnişin tərəfindən soyğunçuluğa məruz qaldığını bildirib. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan Novruzova yaxınlaşan bir nəfər Hil kəndinə gedəcəyini bildirib və onlar 60 manata razılaşıblar. Kəndə çatanda isə həmin şəxs gediş haqqını verməyib, hətta onun telefonunu da götürərək aradan çıxıb.Aparılan əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin yeri müəyyən edilərək saxlanılıb. Qusar rayonunun Hil kəndi sakini Samir Zalov əvvəllər də məhkumluq həyatı yaşayıb. O, törətdiyi əməli etiraf edib və Rafayel Novruzova məxsus mobil telefon maddi sübut kimi ondan götürülüb. Faktla bağlı Qusar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
- Baxış: 568