KepezTV Player
Sabunçu rayonunda qətl hadisəsi baş verib. Bakıxanov qəsəbəsi Əlibabayev küçəsi ev 4, mənzil 3-də yaşayan 35 yaşlı Gülnarə Sadıqova ilə qeyri-rəsmi nikahda yaşadığı 49 yaşlı Fərhad Şaqaliyev arasında mübahisə düşüb. Sərxoş vəziyyətdə olan kişi Gülnarə Sadıqovanı döyərək qətlə yetirib. Hadisə qadının azyaşlı oğlunun gözü qarşısında baş verib. Qətldən sonra Fərhad Şaqaliyev uşağı da götürərək Sabunçu rayon Polis idarəsinə gəlib. O, könüllü təslim olaraq törətdiyi hadisə barədə məlumat verib. Araşdırmalar zamanı müəyyən edilib ki, Fərhad Şaqaliyev qadının qeyri-rəsmi nikahda yaşadığı 3-cü şəxsdir. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.
- Baxış: 463