• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 725
— 20.10.2017 21:12

Şəmkir sakini qətlə yetirilib

KepezTV Player

Şəmkir sakini bıçaqlanaraq qətlə yetirilib. Rayonun Zəyəm qəsəbə sakini, 31 yaşlı Tural Məmmədov bıçaq xəsarətləri ilə Şəmkir Rayon Xəstəxanasına  çatdırılsa da, onun öldüyü məlum olub. İlkin məlumata görə, Məmmədov mübahisə zəminində həmyerlisi olan 17 yaşlı yeniyetmə tərəfindən ürəyindən bıçaqlanaraq qətlə yetirilib. Belə ki, o, bacısını Tural Məmmədovla görüb. Bu zaman tərəflər arasında qanla nəticələnən mübahisə düşüb. Yeniyetmə polis tərəfindən saxlanılıb. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Elnur Vahidoğlu