Amazon su buraxmayan Kindle Oasis adlı elektron kitab ərsəyə gətirib. Qurğu IPX8 müdafiəsinə malikdir ki, bu da ona suyun 1 metr dərinliyində yarım saat işləməyə imkan verir. Oasis əvvəlki versiyadan bir qədər iri ekranına və rənginə görə seçilir. 2016-cı ilin bukriderindən fərqli olaraq yeniliyi akkumlyatorun iş qabiliyyətini artıran maqnit örtüyə qoşmaq olmur. Buna rəğmən batareya indi daha böyükdür, korpusun qalınlığı isə ən nazik hissədə yenə də 3,4 millimetrdir. 300 pikselli ekran hazırda daha parlaq görünür. Kindle Oasis işıqlandırma sensorları, səhifələri çevirən fiziki düyməciklər, Wi-Fi və 4G LTE modulları ilə komplektləşdirilib. Yeni bukriderin çatdırılmaları oktyabrın sonlarına planlaşdırılıb. 8 Qb-lıq yaddaşa malik aparata 250 dollar qiymət qoyulub.
- Baxış: 662